Mart 16, 2016 13:53 Asia/Baku
  • Zərif: İranda xarici sərmayə qoyuluşu üçün şərait münasibdir
    Zərif: İranda xarici sərmayə qoyuluşu üçün şərait münasibdir

İran xarici işlər naziri: İran İslam Respublikasında xarici sərmayə qoyuluşu üçün münasib şərait yaradılıb.

İRNA-nın məlumatına görə Məhəmməd Cavad Zərif çərşənbə günü Avstraliyanın Sidney şəhərində, Avstraliya Beynəlxalq Məsələlər Müəssisəsinin iclasında İranın regional mövqeyini açıqlayaraq, İranda mövcud olan təbii qaynaqlara və bacarıqlı işçsi qüvvəsinə işarə edib və deyib: İran böyük potensiallara malik olan bir ölkə kimi çətin şərait qarşısında öz dözümlülüyünü sübuta yetirib.

Zərif kənd təsərrüfatı və neft sektorunu İran və Avstraliya arasında münasib əməkdaşlıq zəminlərindən adlandırıb və deyib: İki ölkə arasında əməkdaşlıqların genişləndirilməsi üçün yaxşı şərait yaranıb.

İran XİN başçısı daha sonra deyib: İran yaxşı ticarət potensiallarına da malikdir və baxışlar gələcəyə doğru olmalıdır.

M.Zərif çıxışının davamında bəzi ölkələrin İŞİD terror qruplaşmasını himayə etmələrinə işarə edib və deyib: İslam sülh dinidir. Amma, ifratçılıqlar İslam adına yazılır.

Teqlər