İranın neft sənayesinin milliləşməsinin ildönümü günü
Bu gün, şənbə, isfənd ayının 29-u, martın 19-u, İranın neft sənayesinin milliləşməsinin 65-ci ildönümü günüdür.
İranın neft sənayesinin milliləşdirilməsi layihəsi 1951-ci il martın 20-də Milli Şura Məclisində, Neft Komissiyası üzvlərinin təklifi ilə qəbul olundu və İran nefti rəsmi şəkildə milliləşdi.
Çəkişmələrlə dolu bir siyasi dövrdən və İranın neft sənayesinin milliləşməsindən sonra İngiltərənin əli İranın neft sənayesindən kəsildi və bu mövqe İngiltərənin tədricən Yaxın Şərq regionundan çıxmasının başlanması ilə nəticələndi.
İranın neft sənayesinin milliləşməsi həmçinin Yaxın Şərq regionunun siyasi dəyişikliklər tarixində bir dönüş nöqtəsi oldu.
Camal Əbdülnasirin rəhbərlliyi altında Misirdə Süveyş kanalının milləşməsi də İranın neft sənayesinin milliləşməsindən ülgü götürdü.