Mart 19, 2016 13:22 Asia/Baku
  • İranın neft ixracatı artıb
    İranın neft ixracatı artıb

İranın neft ixracatı 2016-cı ilin yanvarında ötən 22 ayda özünün ən yüksək həddinə çatıb.

ŞANA xəbər agentliyinin məlumatına görə, ən yeni statistikalara görə, İran sanksiyaların 2016-cı ilin yanvarında ləğv olunmasından sonra hər gün dünya bazarlarına bir milyon 550 min barel xam neft ixrac edir ki, bu da 2014-cü ilin martından bəri ən yüksək rəqəmdir.

İranın neft ixracatı həmçinin 2016-cı ilin yanvarında, 2015-ci ilin dekabrına nisbətən doqquz faizdən çox artımdan xəbər verir.

Bu məlumata görə, İranın xam neft istehsalı tezliklə gündə dörd milyon barelə çatacaq ki, statistikalara görə, bu, 2008-ci ilin oktyabrından bəri ən yüksək həddir.

İranın Milli Neft Şirkəti avropalı neftayırma zavodlarına xam neft satmaq üçün Rusiyanın Lukoil, Fransanın Total, İspaniyanın Sepsa və Yunanıstanın Hellenik Petroleum(Hellenic Petroleum) şirkətləri ilə müqavilələr imzalayıbdır.

Teqlər