İranın prioriteti, qonşu ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsidir
İranın rabitə və informasiya texnologiyaları naziri deyib ki, ixracatın genişlənməsi üçün qonşu ölkələrlə ticari və iqtisadi əlaqələrin genişləndirilməsi İran dövlətinin proqramlarının prioritetidir.
IRIB-nin məlumatına görə, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi şənbə günü Mazandaran vilayətinin Babolsər şəhərində əlavə edib: Özəl sektora üstünlük vermək ixracatın genişlənməsinə kömək edəcək.
Vaizi İranın Rusiya, Azərbaycan Respublikası və Türkiyə ilə ticari və iqtisadi əlaqələrini gücləndirmək ardınca olduğunu bildirərək, deyib ki, İran-Türkiyə Müştərək Komissiyasının iclası 2016-cı il aprelin dördündə Türkiyədə iranlı və türkiyəli tacirlərin iştirakı ilə keçiriləcək.
İranın rabitə və informasiya texnologiyaları naziri əlavə edib: İranlı ixracatçılar öz məhsul və mallarını vilayət həmkarlıqları yolu ilə Rusiya, Azərbaycan Respublikası və Türkiyəyə ixrac edə bilərlər.