Mart 19, 2016 16:49 Asia/Baku
  • Zərifin Türkiyə xarici işlər naziri ilə görüşü
    Zərifin Türkiyə xarici işlər naziri ilə görüşü

İranın xarici işlər naziri Türkiyə xarici işlər naziri ilə görüşüb və onunla ikitərəfli əlaqələr və reigonal hadisələr barədə danışıb.

IRIB-nin məlumatına görə, Türkiyə rəsmiləri ilə görüş məqsədilə şənbə günü İstanbula səfər etmiş İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib ki, İran keçmişdəki kimi Türkiyə ilə əlaqələrin ən yaxşı fəslinin başlanmasına hazırdır.

Məhəmməd Cavad Zərif İran-Türkiyə mübadilələrinin otuz milyard dollar səviyyəsinə çatmasını iki ölkə başçılarının hədəfi adlandırıb və deyib ki, Türkiyə baş nazirinin son Tehran səfəri müsbət olub və iki ölkə arasında ikitərəfli və reigonal məsələlər barədə yaxşı danışıqlar olub.

Zərif həmçinin qeyd edib ki, konsulluq və məhkəmə həmkarlıqlarının gücləndirilməsi, bank əlaqələrinin genişlənməsi, enerji sahəsində əməkdaşlıq, nəqliyyat üzrə birgə komissiyanın iclasının keçirilməsi iki ölkənin müştərək maraqlarının təminedicisi olacaq.

İranın xarici işlər naziri sonra İraq və Suriyanın ərazi bütövlüklərinin qorunması zərurəti barədə iki ölkə arasındakı razılaşmanı vurğulayıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu görüşdə Türkiyə baş nazirinin son uğurlu Tehran səfərinə toxunaraq, iki ölkə mübadilələrinin otuz milyard dollarlıq səviyyəyə çatmaq üçün iqtisadi əməkdaşlıqların genişlənməsini istəyib.

Çavuşoğlu terrorizmi iki ölkəyə qarşı müştərək təhdid adlandırıb ki, İran-Türkiyə həmkarlığının genişlənməsi üçün bir əsas olmalıdır.

İranın xarici işlər naziri qərar üzrə Türkiyənin prezidenti və baş naziri ilə görüşməlidir.

Teqlər