Apr 10, 2016 13:50 Asia/Baku
  • Zərif: İranın müdafiə qabiliyyəti müzakirə mövzusu deyil
    Zərif: İranın müdafiə qabiliyyəti müzakirə mövzusu deyil

İranın xarici işlər naziri deyib: Amerika dövləti yaxşı bilir ki, İran İslam Respublikasının müdafiə qabiliyyətləri müzakirə və sövdələşmə mövzusu deyil.

IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü səhər Tehranda Estoniyanın xarici işlər naziri Marina Kalcurand ilə birgə mətbuat konfransında Amerika rəsmiləri, o sıradan bu ölkıənin dövləti katibi Con Kerrinin İran İslam Respublikasının müdafiə qabiliyyətləri barədəki sözlərinə reaksiyada əlavə edib: Onun sözləri o həddə əsassız olubdur ki, Amerika Dövlət Departamenti də onu təkzib və iddia edib ki, belə sözlər söylənməyibdir.

Zərif deyib: Amerika Dövlət Departamenti bilir ki, İran İslam Respublikasının raket və müdafiə qabiliyyətləri müzakirə mövzusu deyil.

İranın diplomatiya aparatının başçısı vurğulayıb: Əgər Amerika dövləti müdafiə bəhslərində ciddidirsə, onda hər gün günahsız Yəmən xalqını qanına qəltan edən silahların satışını dayandırmalıdır; bu silahlar sionist rejimin elan etdiyinə görə, mülkilərə qarşı hücumda işlədilir.

Zərif söyləyib: Amerika dövləti yaxşı bilir ki, İran İslam Respublikasının müdafiə məsələsi müzakirə və sövdələşmə mövzusu deyil və müdafiə məsələləri üçün nüvə anlaşması kimi anlaşmadan söz belə gedə bilməz.

Teqlər