Zərif: ABŞ nüvə anlaşmasının icrası yolunda duran maneələri qaldırmalıdır
Apr 20, 2016 11:48 Asia/Baku
-
Zərif: ABŞ nüvə anlaşmasının icrası yolunda duran maneələri qaldırmalıdır
İran xarici işlər naziri Amerikanın nüvə anlaşmasının icrası yolunda duran maneələri aradan qaldırmalı olduğunu dedi.
İRİB-nin verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Con Kerri ilə Nyu-Yorkda görüşüb, danışıqlar apardıqdan sonra deyib: Nüvə anlaşmasının icrası və Vaşinqtonun öz öhdəliklərinə əməl etməsi ilə İranın nüvə anlaşmasından faydalana bilməsi yolları barədə ABŞ dövlət katibi ilə danışıqlarımız oldu.
Zərif əlavə edib: Bütün tərəflər o cümlədən İran İslam Respublikası nüvə anlaşmasının icrasından yararlanmaq imkanına malikdir.
ZƏrif cümə günü bir daha Con Kerri ilə görücəyindən xəbər verib.