Apr 21, 2016 13:52 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran xarici işlər naziri deyib: Amerikalılar İranla ticarət əlaqələri üçün digər ölkələrə arxayınlıq vermək üzrə daha fəal addım atsınlar.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Nyu-York Times qəzeti ilə müsahibədə nüvə anlaşmasının bir hissəsi olaraq İranın hal hazırda Amerikanın maliyyə sisteminə daxil olması barədəki məlumatların üzərindən xətt çəkib.

Zərif bu müsahibədə bildirib: İran heç vaxt Amerikanın maliyyə sisteminə daxil olmağı istəməyəb. Lakin amerikalıların icra etməli olduqları məsələ nüvə anlaşmasının icrasıdır. Amerika Avropa maliyyə institutlarına İranla əlaqələr barədə arxayınlıq verməlidir.

İran xarici işlər naziri ABŞ dövlət katibi Con Kerri ilə BMT qərargahında görüşdən və nüvə anlaşmasının icrasında problemlərə səbəb olan maliyyə mürəkkəblikləri ilə əlaqədar onunla söhbət etdikdən sonra Nyu-York Timesa müsahibə verib.

İran nüvə anlaşması qarşılığında ABŞ-ın tam öhdəliklərini yerinə yetirməsini istəyir.

Teqlər