Apr 22, 2016 09:45 Asia/Baku
  • Zərif BMT BA-nın davamlı inkişaf iclasında çıxış edib
    Zərif BMT BA-nın davamlı inkişaf iclasında çıxış edib

İranın xarici işlər naziri davamlı inkişafın hədəflərinə çatmaq üzrə ən mühüm prioriteti zorakılıq və ifratçılıqla mübarizə adlandırıb.

IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yerli vaxtla cümə axşamı günü axşam çağı Nyu-Yorkda BMT Baş Assambleyasının davamlı inkişafın həfələrinə nailolma iclasında bildirib ki, İran davamlı inkişaf üzrə 2030-cü göstərişi tam və təsirli şəkildə icra etməyə hazırdır. O, deyib: Davamlı inkişafın reallaşması üçün ən mühüm prioritet, Yaxın Şərqi və onun ətrafını xarabazarlığa çevirmiş zorakılıq və ifratçılıqla mübarizə olubdur.

Zərif həmçinin deyib: İran dövləti problem və maneələrin, o cümlədən insafdan uzaq sanksiya və məhdudiyyətlərin olmasına rəğmən, davamlı inkişaf üzrə təyin olunmuş hədəflərə nail olmaq üçün keçid prosesinə başlayıb və bu sahədə strarteji münasibət seçibdir.

Zərif vurğulayıb: İran İslam Respublikası başlıca mövzular, o sıradan yoxsulluğun kökünün kəsilməsi, sular, emal oluna bilinən enerji mənbələri, mənzilin davamlı idarəsi, səhralaşma və meşələrin qırılması ilə mübarizə üçün prioritetlər təyin edibdir.

İranın xarici işlər naziri söyləyib: Davamlı inkişaf üzrə 2030-cü göstərişin icrası dünya ictimaiyyətinin təsirli himyəsi və həmrəyliyini tələb edir və BMT bu sahədə davamlı inkişaf çərçivəsində beynəlxalq həmkarlıqların gücləndirilməsi hədəfilə həssas koordinator rolunu üzərinə götürməlidir.

Müxtəlif ölkələrin yüksək vəzifəli rəsmiləri BMT iqamətgahında bir araya gəliblər ki, ötən ilin sonlarında qəbul olunmuş davamlı inkişaf üzrə 2030-cü göstərişin hədəflərinə çatma yollarını müzakirə etsinlər.

Teqlər