Apr 25, 2016 19:25 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbərinin İslam-İran Ali Mərkəzi Şurasının üzvləri ilə görüşdə bəyanatı
    İslam İnqilabının Böyük Rəhbərinin İslam-İran Ali Mərkəzi Şurasının üzvləri ilə görüşdə bəyanatı

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, islami sivilizasiyanın reallaşması islami-irani inkişaf meyarı olmadan mümkün deyil.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bazar ertəsi günü İslam-İran Ali Mərkəzi Şurasının üzvləri ilə görüşdə islami-irani inkişaf meyarının istehsalı və inkişafını islami sivilizasiyanın reallaşmasına lazım olan məsələ adlandırıblar və deyiblər ki, islami sivilizasiya, ölkə fəth etmək demək deyil, əksinə xalqların İslamdam təsirlənmələri deməkdir.

İslam İnqilabının Böyük Rəhbəri İslam İnqilabının hədəfini islami sivilizasiyanın reallaşması adlandırıblar. O həzrət beynəlxalq inkişaf meyarlarının yanlış və faydasız əsaslarına və yeni islami-irani meyarın təqdimi vacibliyinə işarə edərək cihadi və inqilabi iş, dini elmlər hövzələri, həmçinin islami mənbələrin zəngin və güclü imkanlarından istifadə, eləcə də dialoq yaratma və elmi gücə malik olmanı inkişaf üzrə islami-irani meyarın istehsalı və hazırlanması zərurətlərindən sayıblar.

Həzrət Ayətullahuluzma Xamenei islami dövlətin təşkilini tamamilə islami meyarlara əsasən dövlətin təşkili adlandırblar və belə əlavə ediblər: Nə qədər ki, islami dövlətin təşkili mərhələsi tam şəkildə reallaşmayıb, islami cəmiyyətin təşkilinə növbə çatmayacaq.

O həzrət İslam İnqilabının hədəflərinin beşli mərhələsində yekun addımı islami sivilizasiyanın reallaşması adlandırıblar və vurğulayıblar ki, islami olmaq, işin əsasının inkişaf meyarıdır.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin dünyada mövcud olan meyarlar barədə belə deyiblər: İnkişaf üzrə rəvac tapmış meyarlar əsaslar baxımından yanlışdır; humanizmə və qeyri-ilahi prinsiplərə söykənir və onlar təsir və nəticələr baxımından da azadlıq və ədalət kimi dəyərlər barədə verdikləri vədləri reallaşdıra bilməyiblər.

Həzrət Ayətullahuluzma Xamenei islami-irani inkişaf meyarı formasında iranı xüsusiyyətə diqqəti də mühüm dəyərləndiriblər və belə əlavə ediblər: İran bu meyarın reallaşması sahəsidir və əgər İranın təbii və insani sərmayələri, eləcə də adət-ənənə, iqlim, coğrafiya, tarix və mədəniyyətinə diqqət edilməzsə, inkişaf meyarı gerçəkləşməyən və istifadəsiz bir sənəd olacaq.

Teqlər