İran XİN-in fəlakət günü ilə bağlı bəyanatı
-
İran XİN-in fəlakət günü ilə bağlı bəyanatı
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bir daha İranın Fələstin xalqını işğalçı sionist rejim qarşısında himayəsini elan edib.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Fələstinin sionist rejim tərəfindən qəsb olunduğu gün-fəlakət günü ilə bağlı verdiyi bəyanatda bir daha sionist rejimlə üzləşmədə fələstinlilərin həmrəyliyi və milli barışığını dəstəkləyib və bu rejimin sionist qəsəbə salma üzrə qanunsuz və qeyri-insani hərəkətləri ilə beynəlxalq müxalifətlərin şiddətlənməsini yaxşı əlamət sayaraq, Qüdsü işğal etmiş rejimin Fələstin xalqının haqqındakı fitnələrinə son qoymaq üçün beynəlxalq mübarizənin aparılmasını istəyib.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi öz bəyanatında bildirib: İşğal olunmuş Fələstin ərazilərində və İslam dünyasının mərkəzində qanunsuz və saxta sionist rejimin təsisi, milyonlarla nəfəri öz diyarından didərgin düşmüş məzlum Fələstin xalqının saysız-hesabsız möhnətləri və Fələstin tarixinin ən kədərli münasibətini yada salır.
Fəlakət günü fələstinlilər üçün öz ölkələrinin 1948-ci ildə qəsb edilməsini və saxta İsrail rejiminin təşkili ilə bir zamanda onun faciəli cəhətlərini, o sıradan çoxlu sayda fələstinlinin qanına qəltan və həbs edilməsini xatırladır.