May 19, 2016 16:52 Asia/Baku
  • İranda Hind Okeanı ətrafı ölkələrin azad ticarət zonaları rəhbərlərinin ilk iclası
    İranda Hind Okeanı ətrafı ölkələrin azad ticarət zonaları rəhbərlərinin ilk iclası

İran İslam Respublikasının vitse-prezidenti Hind Okeanı ətrafı ölkələrinin İranın iqtisadi potensiallarında investisiya yatırmalarını istəyib.

İRNA-nın məlumatına görə, İranın vitse-prezidenti İshaq Cahangiri cümə axşamı günü İranın şimal-cənubunda yerləşən Çabəharda Hind Okeanı ətrafı ölkələrinin iclasının işə başlaması mərasimində İranın müxtəlif sahələrdəki özünəməxsus yüksək potensiallarına toxunaraq deyib: İran dünyanın qaz ehtiyatının 18%-ə malikdir və zəngin əsas təbii ehtiyatlara malik olmaq İranı bu sahədə dünyanın ilk onbeşliyində qərarlaşdırmışdır.

Cahangiri əlavə edib: İran okeanın Orta Asiya bazarlarına birləşdirilməsi infrastrukturuna malikdir. Hind Okeanı ətrafındakı ölkələr İran vasitəsi ilə Orta Asiyanın 300 milyonluq bazarı ilə əlaqə qura və idxalat və ixracata sahib ola bilərlər.

İran İslam Respublikası prezidentinin birinci müavini deyib: İranın 5+1 qrupu ölkələri ilə nüvə anlaşmasından sonra İslam Respublikası bütün sahələrə investisiya yatırmaq niyyətindədir. Bu sahələrdən biri azad ticarət zonalarıdır.

Cahangiri həmçinin xatırladıb: Çabəhar Azad Ticarət Zonası beynəlxalq sularla əlaqə üçün İran İslam Respublikasının strateji və önəmli bölgəsidir və Hind okeanı ətrafındakı ölkələr bu zonaya investisiya yatıraraq öz məhsullarını Orta Asiyaya ixrac edə bilərlər.

İran İslam Respublikasının vitse-prezidenti həmçinin əlavə edib: Ticarət, investisiya, texnologiyanın genişləndirilməsi və Hind okeanı ətrafındakı ölkələrin vətəndaşlarının illik gəlirinin artırılması bu iclasın məqsədlərindən biridir.

Hind Okeanı ətrafındakı ölkələrdə 2 milyardlıq əhaliyə toxunan Cahangiri əlavə edib: İnvestisiya üçün sadələşdirmələr, özəl sektorun fəaliyyəti və bu ölkələrin bir-biri ilə əlaqələri inkişafa kömək edə bilər.

Hind Okeanı ətrafındakı ölkələrin Azad Ticarət Zonaları rəhbərlərinin ilk iclası Azad Zonalar Ali Şurası Katibliyi, Xarici İşlər Nazirliyi, Sistan və Bəluçestan Valiliyi və Çabəhar Azad Ticarət Zonasının əməkdaşlığı ilə bu gündən 2 gün müddətinə keçirilir.

Teqlər