Şərif Sənaye Universiteti böyük nailiyyətlərə imza atmışdır
İranın ən önəmli sənaye universiteti üçün yarım əsrlik təcrübə. Sənaye Şərif Universitetinin müəllimləri, məzunları və tələbələri universitetlərinin 50 illik yubileyini qeyd ediblər.
Bu universitet artıq dünyanın bütün elmi dairələrində tanınır və mühəndislik, əsaslı biliklər, iqtisadiyyat və fəlsəfə sahələrində deməyə sözü vardır. Şərif Universitetinin yüksək elmi səviyyəsi sınaq imtahanlarında bu universitetə qəbul olmaq üçün rəqabətin artmasına səbəb olmuşdur. Əgər bu universitetin fəaliyyətlərindən birini misal göstərsək, Sina robot cərrahiyyəsini qeyd edə bilərik. Elə bu gün onun təqdimatı keçirilib. Siyasətçilərdən tutmuş idmançı və incəsənət xadimlərinə qədər fəallar bu universitetdə təhsil almış və ya da tədris edirlər. Çox az insan təsəvvür edərdi ki, bir universitet 1966-cı ildə 54 elmi heyət üzvü və 400 tələbə qəbulu ilə qarşıdakı illərdə ölkənin texniki biliyinin sütunlarından birini əsasını qoyacaqdır. Amma bu önəmli iş gerçəkləşdi.
Universitet müəllimi Cəmaləddin Gülüstani bildirib ki, Darul-Fünunun iranlıların yeni elmlərlə tanışlığına şərait yaratmışdırsa və əgər Tehran Universiteti ölkədə düzgün bir strukturla müxtəlif fakültələr üçün yaratmışdırsa, Şərif Universiteti təhsildə çox ciddi şəkildə keyfiyyətin yüksəlməsində addım atmışdır.
Doktor Məhəmmədəli Müctəhidi Gilani Əlborz kollecindən sonra Şərif Sənaye Universitetini qiymətli irs olaraq MİT Universitetinin şüarını örnək götürərək məsələnin həlli növü təhsili ilə əsasını qoydu.
Universitet müəllimi Əli Nəqi Məşayexi deyib: İndi bu məsələlər texniki və fənni də ola bilər, o cümlədən nüvə, müdafiə sənayesinə kömək, ətraf mühit məsələlərini ehtiva edə bilər. Misal üçün Urmiyə gölündə bir sıra problem yaranmışdır. Universitetin müəllim və tələbələr məcmusu düşüncə xəzinəsi yaratmışdır.
Bu universitetin ilk binalarının dizayneri həmin Azadi qülləsinin dizayneridir.
Şərif Universitetinin ilk binalarının dizayneri Mark Roberto deyib: Əgər məndən soruşsanız, bu sahədə 30 illik təcrübəmlə, əlbəttə yenə də qeyd edim ki, mən bu reytinqlərə inanmıram. Lakin mənim fikrimcə, Şərif Universiteti mütəxəssislikdə ETH və Caltec Tech qədərdir, hətta onlardan yaxşıdır. Buna görə, mən Şərifi dünyanın ilk onluğunda görürəm.
Dünyanın məşhur şəxsiyyətlərindən biri isə belə deyib: Dünyanın ən yaxşı universiteti, bütün dünyada layiqli mühəndislər yetişdirən Tehranda Şərif Universitetidir.
21 dövr ardıcıl şəkildə riyaziyyat yarışlarında ilk yeri tutmaq, universitetin müəllimləri arasında biliyin bir nömrəli medalını almaq, İran universitetləri arasında Milli Akademiyada ən çox üzvə nail olmaq, daha çox iranlı alimin nəzəriyyələrinə istinad etmək, dünya riyaziyyatının ən yüksək medalının laureatı olmaq, bu universitetin müəllimləri və məzunlarının fəxrlərinin təkcə kiçik bir hissəsidir.
Kimya Nobel mükafatının qalibi Piter Agre Şərif Universiteti barədə belə deyib: İkinci məsələ elmi əldə etməyin fürsətləri ilə əlaqədardır. Şərif Universitetinin etibarını qazanan şəxslərə əslində böyük fürsət bağışlanmışdır və bizim gözləntimiz budur ki, diqqətlə və ciddiliklə bu fürsətdən yararlansınlar və faydalı və konstruktiv şəkildə ondan istifadə etsinlər.
Dünyanın ən çox qol vuran futbolçusu Əli Dayi isə bu barədə deyir: Hər bir ali təhsilli gəncin arzusu budur ki, bir gün Şərif Universitetinin məzunu olsun. Və mən Allaha şükür edirəm ki, 1988-də mənim üçün baş verdi və mən İranın ən yaxşı texniki universitetinə qəbul oldum.
Bu universitetinin 50 illik fəaliyyətinin nəticəsi 1-dən 100-ə qədər sınaq imtahanlarının qalibi olaraq təhsil üçün bu universiteti seçən 50 mindən çox tələbənin təhsil almasıdır. Ümid olunur ki, bu universitet ölkənin gələcəyi və inkişafı istiqamətində daha böyük nailiyyətlər və uğurlara imza atacaqdır.