Azad zonaların inkişafı İranın əsaslı strategiyasıdır
İranın Azad və Xüsusi İqtisadi Zonaar Ali Şurasının katibi deyib: Azad zonaların inkişafı üçün investorların cəzb olunması İran hökumətinin proqramında əsaslı strategiyadır.
İRİB-in məlumatına görə, İranın Azad və Xüsusi İqtisadi Zonaar Ali Şurasının katibi Əkbər Türkan əlavə edib: İran hökumətinin siyasəti modern texnologiya , davamlı investisiyanın dəstəklənməsi, azad zonaların inkişafı istiqamətində məhsul ixracatının artırılması ilə birlikdə investisiya üçün münasib fürsətləri yaratmaqdır.
Türkan əlavə edib: İstehsal prosesinin sadələşdirilməsi, ixracatın genişləndirilməsi, texnologiyanın nəql edilməsi və ehtiyacların təmin edilməsi Müqavimət İqtisadiyyatı çərçivəsində azad zonaların məqsədlərindəndir.
Türkan deyib: Azad zonalar İran və xarici ölkələr arasında iqtisadi əlaqələr və ixracat körpüsüdür. Bu zonaların potensiallarından daha çox istifadə etmək lazımdır.
İranın Azad və Xüsusi İqtisadi Zonaar Ali Şurasının katibi sonda deyib: İranda azad zonalar iqtisadi inkişaf, investisiya, dünya və region bazarlarında aktiv iştirak, sənaye məhsullarının istehsalı və ixracatı üçün təsis olunmuşdur.