Avq 31, 2016 16:30 Asia/Baku
  • Mehdi Sənai
    Mehdi Sənai

İranın Rusiyadakı səfiri Tehran ilə Moskva arasında ticarət mübadilələrinin son altı ay ərzində 70 faizlik artıma malik olduğunu deyib.

Fars informasiya agentliyinin verdiyi məlumata görə, İranın Rusiyadakı səfiri Mehdi Sənai deyib: İki ölkə arasında son illər ərzində əlaqələr müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişaf etməkdədir. 

İranın Moskvadakı səfiri iki ölkə arasındakı tarixi əlaqələrə toxunaraq deyib: İran ilə Rusiya əlaqələrinin 500 illik keçmişi var, baxmayaraq ki, bəzi dönəmlərdə bu əlaqələr eniş-yoxuşlara düşmüş olsa da iki ölkə əlaqələri dərin köiklərə malik olmuşdur. 

Sənai İran və Rusiya arasında artıq icrasına başlanılmış bir çox əməkdaşlıq sənədlərinin imzalanması, eyni zamanda münasibətlərin inkişafı üçün dövlət vəsaitlərinin nəzərdə tutulmasını, xüsusi ilə Rusiya tərəfindən 5 milyardlıq vəsaitin ayrılmasını iki ölkə münasibətlərinin inkişafı sahəsində dövlətlərin əzmkar olduqlarının göstəricisi adlandırıb. 

Teqlər