İranın xarici işlər naziri bir heyətlə Səmərqəndə daxil olub
https://azeri.sahartv.ir/news/İran-i232718-İranın_xarici_işlər_naziri_bir_heyətlə_səmərqəndə_daxil_olub
İranın xarici işlər naziri yüksək vəzifəli bir heyətlə Özbəkistanın Səmərqənd şəhərinə daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2016 05:27 Asia/Baku
  • İranın xarici işlər naziri bir heyətlə Səmərqəndə daxil olub
    İranın xarici işlər naziri bir heyətlə Səmərqəndə daxil olub

İranın xarici işlər naziri yüksək vəzifəli bir heyətlə Özbəkistanın Səmərqənd şəhərinə daxil olub.

Daxil olan məlumata görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Özbəkistanın vəfat etmiş prezidenti İslam Karimovun dəfn mərasimində iştirak məqsədilə yüksək vəzifəli siyasi bir heyətlə bu gün Özbəkistanın Səmərqənd şəhərinə daxil olub.

Zərif İranın xalqı və dövləti tərəfindən Özbəkistanın vəfat etmiş prezidentinin dəfn mərasimində iştirak edərək, İranın xalqı və dövlətinin başsağlığı müraciətini Özbəkistanın dövləti və xalqına, eləcə də bu ölkənin vəfat etmiş prezidentinin ailəsinə  çatdıracaq.

Bu mərasimdə qonşu ölkələr xüsusiyyət təşkil etməklə müxtəlif ölkələrin bir sıra rəsmiləri iştirak etməlidirlər.

İslam Karimovun dəfn mərasimi bu gün Səmərqənddə keçiriləcək.

İslam Karimovun vəfatı münasibətilə Özbəkistanda üç günlük matəm elan olunub.

Özbəkistan dövlət televiziyası dünən axşam bildirdi ki, 78 yaşlı İslam Karimov insult nəticəsində beş gün huşsuzluqdan sonra vəfat edibdir.