Ramazan Abdullah: Oslo razılaşmasının Fələstin xalqı üçün heç bir nəticəsi olmayıbdır
-
Ramazan Abdullah: Oslo razılaşmasının Fələstin xalqı üçün heç bir nəticəsi olmayıbdır
Fələstin İslam Cihadı Təşkilatının baş katibi deyib: Oslo razılaşması 23 ildən sonra Fələstin xalqı üçün daha çox problem yaratmaqdan savayı heç bir nəticə verməyibdir.
Oslo müahidəsi 1993-cü ildə imzlanmış sionist rejim ilə Fələstin Azadlıq Təşkilatının ilk üzbəüz razılaşması idi ki, onda sionist rejimin rəsmən tanınmasına səy göstərilmişdi.
IRNA-nın məlumatına görə, Fələstin İslam Cihadı Təşkilatının baş katibi Ramazan Abdullah bu gün Tehranda İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti ilə görüşdən sonra müxbirlər qarşısında əlavə edib: Bu görüşdə, İsrail rejiminin tanınmasının və Oslo razılaşmasının geri götürülməsi və ləğv olunması, eləcə də müqavimətin davam etdirilməsi istənilən Fələstin İslam Cihadı Təşkilatının on maddəlik təşəbbüs layihəsi barədə söhbət edilibdir.
Ramazan Abdullah Şələh söyləyib: İran İslam Respublikası bu layihəni rəğbətlə qarşılayır və daim Fələstin diyarının geri alınması istiqamətində Fələstin xalqının müqavimətinə dəstək olub, zira bu xalq öz ərazilərinin geri alınması üçün mübarizə aparır və bu torpaqlar və bu ölkə Fələstin xalqına aiddir.
Fələstin İslam Cihadı Təşkilatının baş katibi ümidvarlıq edibdir ki, bütün islami və ərəb ölkələri İran İslam Respublikasının zalımlar qarşısında mübarizə və işğalçılıq qarşısında xalqların müqavimətini himayə olan mövqelərini özləri üçün meyar götürəcəklər.