İran ilə Rusiya arasında nüvə əməkdaşlığı sənədi imzalanıb
-
İran ilə Rusiya arasında nüvə əməkdaşlığı
İran və Rusiya dinc nüvə həmkarlıqlarının genişləndirilməsi sahəsində iki əməkdaşlıq sənədi imzalayıblar.
İranın Atom Enerjisi Təşkilatının məclis, hüquq və beynəlxalq məsələlər üzrə sədr müavini Behruz Kəmalvəndinin Moskva səfərinin sonunda "2014-cü ilin payızında bağlanmış memorandumun icrası üzrə yol xəritəsi" və "Fordo saytında davamlı izotop istehsalı sahəsində əməkdaşlığın ilk etapı" adlı sənədlər imzalanıb.
İranın Atom Enerjisi Təşkilatı ilə RusAtom şirkəti arasında əməkdaşlıq sənədi nüvə enerjisindən dinc istifadə və nüvə anlaşması çərçivəsində imzalanıbdır.
Behruz Kəmalvəndi Rusiya rəsmilərilə görüşüb, danışıqlar aparmaq üçün çərşənbə axşamı günü Moskvaya səfər edib.
İranın Atom Enerjisi Təşkilatının məclis, hüquq və beynəlxalq məsələlər üzrə sədr müavini və sözçüsü bu səfərdə RusAtom şirkətinin sədri Aleksey Lixaçov və onun müavini Nikolay Spasski ilə görüşüb və onlarla müxtəlif mövzuları, o sıradan nüvə anlaşmasının icrası ilə bağlı həmkarlıqlar, Buşehrdə iki yeni AES-in inşası və Fordo saytı sahəsində əməkdaşlıq məsələlərini araşdırıbdır.