Zərif: Başqalarını de-stabil etmək hesabına təhlükəsizliyin təminatı qeyri-real baxışdır
"Dünyada davamlı şəkildə başqalarını de-stabil etmək hesabına təhlükəsizliyi təmin etmək qeyri-real baxışdır".
Bunu Münhen Təhlükəsizlik Konfransında çıxış edən İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
İRNA-nın məlumatına görə, İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün 53-cü Münhen Təhlükəsizlik Konfransında çıxış edib: Yaxın Şərqdə terrorizmin genişlənməsinin səbəbi xarici hərbi müdaxilələr, o cümlədən ABŞ-ın avanturalarının nəticəsidir. Yaxın Şərqdə, o cümlədən İraq, Bəhreyn və Suriyadakı mövcud böhranların hərbi həll yolu yoxdur və bu böhranların həlli diplomatik danışıqlara ehtiyaclıdır.
Bəzi regiondan kənar ölkələrin Yaxın Şərqdəki müdaxilələrini tənqid atəşinə tutan Zərifin sözlərinə görə, bu müdaxilələr regionda de-stabilliyin yaranması ilə nəticələnib və Yaxın Şərqdə stabilliyi yaradılması üçün regionun bütün ölkələri əməkdaşlıq etməlidirlər.
"İran istənilən təhdidlə mübarizə aparmağa hazırdır" -deyən Zərif xatırladıb: Sanksiya İranla anlaşma üçün yaxşı metod deyil və İranla anlaşma üçün ən yaxşı metod qarşılıqlı hörmətdir.
İranlı nazir regionda islam adın terrorizm ideologiyasının yayılmasını tənqid edib: Regionda İranı radikal qələmə verməyə çalışan ideologiya, İranın baxışınca qəbuledilməzdir və regionun de-stabilliyinin səbəbkarıdır.
İranın xarici diplomatiya idarəsinin rəhbəri həmçinin İranın nüvə anlaşmasına da münasibət bildirib: Nüvə silahı ölkənin təhlükəsizliyinə səbəb ola bilməz. Çünki dünyanın nüvə silahından tam xilas olmasının zamanı artıq gəlib çatmışdır.
İran xarici işlər naziri əlavə edib: Etimad və təhlükəsizliyin yaradılması, terrorizm, radikallıq və sərtliklə mübarizə dünyanın bütün ölkələrinin vəzifəsidir və Münhen Təhlükəsizlik Konfransı bu sahədə müsbət əməkdaşlıqlarla nəticələnə bilər.