Fələstinli şəxsiyyətlər: Fələstin məsələsində İranın yolunu gedin
https://azeri.sahartv.ir/news/İran-i260376-fələstinli_şəxsiyyətlər_fələstin_məsələsində_İranın_yolunu_gedin
Əlaləm telekanalının məlumatına görə, fələstinli şəxsiyyətlər Tehranda keçirilən İntifazəni və Qüdsü Himayə Konfransını alqışlayaraq, digər ölkələrdən istəyiblər ki, Fələstin məsələsində İranın yolunu getsinlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2017 08:48 Asia/Baku
  • Fələstinli şəxsiyyətlər: Fələstin məsələsində İranın yolunu gedin
    Fələstinli şəxsiyyətlər: Fələstin məsələsində İranın yolunu gedin

Əlaləm telekanalının məlumatına görə, fələstinli şəxsiyyətlər Tehranda keçirilən İntifazəni və Qüdsü Himayə Konfransını alqışlayaraq, digər ölkələrdən istəyiblər ki, Fələstin məsələsində İranın yolunu getsinlər.

Fələstin İslami Cihad Hərəkatının rəhbərlərindən olan Xizr Həbib deyib: Fələstin məsələsi İslam ümmətinin məsələsidir və biz İran İslam Respublikasının müsbət və ciddi addımlarını alqışlayır və bütün islami ölkələrdən istəyirik ki, onlar da Fələstin xalqının cihadı və Fələstin məsələsini dəstəkləyən bu təsdiq olunmuş yolu getsinlər.

Fələstin İslami Cihad Hərəkatının digər rəhbərlərindən olan Qəzzafi Qəryuti isə belə deyib: İran İslam Respublikası hələ də özünün diqqətəlayiq maddi, mənəvi və media dəstəklərilə Fələstin məsələsində böyük rol oynayır. İran xalqı da Fələstin məsələsini və Fələstin xalqının sionist işğalçılıqdan qurtulmaq olan real hədəflərini himayə istiqamətində böyük rol oynayır.

Fələstində mücahidlər hərəkatının sözçüsü Əbu Mucahid Əlaləm müxbirinə deyib: Bu konfrans həssas bir zamanda keçirilir. Belə ki, ərəb hökmranları sionist rejimlə əlaqlərin yaxşılaşdırılması mərhələsindən keçərək, sonrakı mərhələyə çatıb və Fələstin xalqına qarşı fitnəyə üz tutublar. Belə bir şəraitdə vahid bir münasibətə ehtiyaclıyıq ki, həmin münasibət sayəsində Fələstin xalqını probelmlə üzləşdirmiş bu çətin reallıqdan xilas olmuş olaq. Bu münasibətin əsası, regionda xərçəng şişi olan sionist rejimlə qarşılaşmada Fələstin xalqı və müqavimət qruplarının müqavimətini himayədir.

Həmas hərəkatının rəhbərlərindən olan İsmail Rizvan da söyləyib: Fələstin məsələsini siyasi, maddi, mənəvi və hərbi cəhətlərdən himayə etdiyinə görə, Tehrana təşəkkür edir və vurğulayıram: Bu, İslam ümmətinin Fələstin xalqının müqaviməti və intifazəsini himayə yolunda istifadə etməli olduğu bir üsuldur. İntifazə Məsciduləqsanın və fələstinli əsirlərin azad edilmələrinədək davam edəcək.

Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin Baş Komandanlıq rəhbərlərindən olan Loy Əlqəryuti də deyib: Bu, İran İslam Respublikasının ilk addımı deyil. Bu ölkə siyasi, media və hərbi sahələrdə daim Fələstin məsələsini və müqaviməti himayə edibdir.

Fələstinin Azadlığı uğrunda Demokratik Cəbhənin rəhbərlərindən olan Mahmud Xələf isə söyləyib: İran İslam Respublikasının bu dəyərli və özəl addımı xoşbəxtlik və təşəkkür mənbəyidir. Belə bir şəraitdə indiyədək digər bir ölkənin siyasi və beynəlxalq sahələrdə müqaviməti himayə etməsi görünməmişdi.