Fev 20, 2017 18:00 Asia/Baku
  • Zəngənə: İran-İraq qaz boru kəməri istifadəyə hazırdır
    Zəngənə: İran-İraq qaz boru kəməri istifadəyə hazırdır

İranın neft naziri İraqın neft naziri ilə görüşündə Tehranın həmin ölkədə neft sənayesinin inkişafına dəstək verməsindən xəbər verib.

İranın neft naziri Bijən Namdar Zəngənə bu gün Bağdada daxil olduqdan sonra İraqın neft və elektrik nazirləri Cabbar Əlləybi və Qasim Əlfəhdavi ilə görüşüb və onlarla iki ölkənin neft dəyişməsi, qaz boru xətlərinin genişləndirilməsi və iranlı şirkətlərin İraqın neft layihələrində iştirakı və energetika sahəsində həmkarlığı barədə danışıb.

Zəngənə İraqın neft naziri ilə görüşdə Tehran və Bağdadın neft sahələrindəki həmkarlıqlarına işarə edərək, deyib: İran özünün neft təcrübələrini İraqa köçürməyə hazırdır.

İraqın neft naziri Cabbar Əlləybi də ölkəsinin İraqın neft boru kəmərinin Bəsrədən İranın cənub-qərbindəki Abadan və cənubundakı Xark adası istiqamətində, həmçinin Kərkük neft boru kəmərinin İranın qərbindəki Kirmanşah və şimal-qərbindəki Təbriz, sonra da xarici ölkələr istiqamətində inşası üzrə istəyini vurğulayaraq, bu barədə ilkin razılaşmanın əldə olunmasını İraq üçün mühüm dəyərləndirib.

Əlləybi həmçinin İrandan istəyibdir ki, İraqa neft boru kəmərləri məsələsində fəallaşsın və iki ölkə arasında neft ticarəti mübadiləsi Bağdadın prioritetlərindəndir.

İranın neft naziri görüşlərinin davamında İraqın elektrik naziri Qasim Əlfəhdavi ilə görüşüb. Əlfəhdavi elektrik stansiyalarının inşasına görə İrana təşəkkür edərək, İranı elektrik enerjisinin çatdırılması məsələlərində İraqı himayə edən ilkin ölkələrdən adlandırıb.

İranın neft naziri həmçinin Bağdada daxil olarkən müxbirlər qarşısında deyib: İran qazının Kermanşahdan İraqın şərqindəki Diyalə vilayətinə köçürülməsi üzrə ilk boru xətti istifadəyə hazırdır.

Zəngənə deyib: İran qazının İraqın cənubundakı Bəsrə vilayətinə köçürülməsi üzrə ikinci boru xəttinin istifadəsinə gələn günəş ilində başlanılacaq.

Teqlər