Mart 09, 2017 11:11 Asia/Baku
  • Alman investorlar Mahşəhr neft-kimya kompleksinə baxış keçiriblər
    Alman investorlar Mahşəhr neft-kimya kompleksinə baxış keçiriblər

Almaniyanın Kelvine beynəlxalq şirkətinin nümayəndələri, investisiya yatırmaq imkanlarını araşdırmaq üçün İranın cənubunda yerləşən Mahşəhr limanının Farabi neft-kimya kompleksinə baxış keçiriblər.

İRNA-nın verdiyi məlumata görə, bu bir günlük səfərdə Almaniyanın Kelvine şirkətinin yüksək səviyyəli nümayəndələri kompleksin müxtəlif hissələrinə baxış keçirdikdən sonra mövcud təchizatlar və qabiliyyətlərin dəyərləndirilməsi və qarşılıqlı əməkdaşlıqların genişləndirilməsi yollarını müzakirə ediblər. 

Kelvine şirkətinin orta şərq üzrə müdiri Rahul Patil İranın polad, neft, neft-kimya sənayesinin infrasturukturlarına malik olaraq orta şərqdə ən əsas sənaye təchizatları istehsalçısına çevrildiyini bildirərək deyib: Xarici investorlar İranda investisiya zəminləri  barədə məlumatlar almaq və müzakirələr aparmaq istəyirlər. 

Teqlər