İran stolüstü futbolda Dünya Çempionu oldu
Apr 17, 2017 09:01 Asia/Baku
İranın stolüstü futbol üzrə yığma komandası İtaliyanı məğlub edərək Dünya Çempionu olub.
İRİB-in məlumatına görə, İranın stolüstü futbol üzrə yığma komandası ötən gün Almaniyada keçirilən Dünya Çempionatının finalında 42:28, ümumiliikdə 2:0 hesabı ilə İtaliyanı məğlub edib və çempion olub.
Qeyd edək ki, Türkiyə, Sloveniya, Rusiya, Rumıniya, Peru, Bolqarıstan, Çin, Braziliya, İspaniya və Finlandiya 3-12-ci yerləri bölüşdürüblər.