Zərif: Təhlükəsizlik satın alınası deyil
İranın xarici işlər naziri deyib: Başqalarının təhlükəsizliyini pozmaqla təhlükəsizlik əldə etmək düşüncəsinə son qoymaq lazımdır.
İİR XİN başçısı Məhəmməd Cavad Zərif bu gün Berlində AB xarici əlaqələr şurasının illik iclasında etdiyi çıxışında regionda bəzilərinin təhlükəsizliyin satın alınası bir şey olduğunu və başqalarının təhlükəsizliyini pozmaqla stabillik əldə edəcəklərini düşünmələrindən təəssüfləndiyini bildirərək deyib: Bu düşüncəni kənara qoymaq lazımdır ona görə ki, təhlükəsizlik satına alınası deyil və onu xaricdən idxal etmək olmaz.
Zərif Orta şərq və Şimali Afrika regionlarının coğrafi, əhali və sərvət baxımından sturuktur problemləri ilə üz-üzə durduqlarını bildirərək deyib: Region ölkələri öz cəmiyyətlərinin ehtiyaclarını təmin edə bilməyib və bu da gənc nəslin reaksiyasına və ifratçı qruplara meyillənməsinə gətirib çıxarıb.
Zərif deyib: Bu gün Səudiiyyə Ərəbistanı vasitəsi ilə regiona yayılan nifrət terrorçu İŞİD qrupu tərəfindən yayılan nifrətlə çoxlu oxşarlıqlara malikdir.
Zərif həmçinin Avropa Birliyinin başqalarının xərcləri hesabına qalib gələ bilməyəcəyini və İranın bu mövzunu yaxşı başa düşdüyünü xatırladaraq deyib: Avropa Fars körfəzi regionundakı münaqişələrin həllinə yardım istiqamətində lazımı potensiallara malikdir və bu birlik bu regionda dialoqun qurulmasında daha ciddi rol oynamalıdır.
İİR XİN rəhbəri Fars körfəzi regionunun fobiya yaratmaq planlarına qalib gəlmək üçün regional təhlükəsizlik qurumuna ehtiyaclı olduğunu bildirərək deyib: Fars körfəzi sahilyanı ölkələri arasındakı son böhran, Qətərin ittiham edilməsi, məsuliyyəti öz üzərindən götürmək və problemlərdə başqalarını ittiham etmək cəhdləridir.
İranın xarici işlər naziri bu gün Almaniya rəsmiləri ilə görüşüb müzakirə aparmaq üçün Berlinə səfər edib.