Zərif Almaniyanın maliyyə naziri ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i274404-zərif_almaniyanın_maliyyə_naziri_ilə_görüşüb
İran İslam Respublikasının xarici işlər naziri Berlində Almaniyanın maliyyə naziri ilə görüşüb. Görüşdə iki ölkə arasında bank əməkdaşlıqlarının gücləndirilməsi mövzusu müzakirə edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2017 12:57 Asia/Baku
  • Zərif Almaniyanın maliyyə naziri ilə görüşüb
    Zərif Almaniyanın maliyyə naziri ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Berlində Almaniyanın maliyyə naziri ilə görüşüb. Görüşdə iki ölkə arasında bank əməkdaşlıqlarının gücləndirilməsi mövzusu müzakirə edilib.

İRNA-nın verdiyi məlumata görə, İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif və Almaniya maliyyə naziri Volfqanq Şauble bu görüşdə Alman bankların iki ölkə arasında bank əməkdaşlıqlarının gücləndirilməsi və İranda iqtisadi layihələrin büdcəsinin təmini istiqamətində səyləri vurğulanıb. 

Almaniyanın maliyyə naziri Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasını vurğulayıb və İranla bank əməkdaşlıqlarını müsbət qarşılayıb. 

Almaniya rəsmiləri ilə görüşüb danışıqlar aparmaq məqsədi ilə Berlində rəsmi səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad zərif bu görüşdən öncə Avropa Birliyi Xarici Əlaqələr Şurasının illik sessiyasında çıxış edib. 

İranın XİN başçısı bu çıxışında deyib: Avropa Fars körfəzindəki münaqişələrin həlli üçün lazımı potensiallara malikdir və AB bölgədə dialoqun bərqərar olunmasında daha qabarıq rol oynamalıdır. 

İranın xarici işlər naziri bu səfərdə Almaniyanın prezidenti və xarici işlər naziri ilə də görüşəcək. Zərifin növbəti məqsədi İtaliya olacaq.