İranın Xəzər dənizində keçirdiyi "Davamlı Təhlükəsizlik və Dəniz İqtidarı 96" manevri başa çatdı
İran İslam Respublikası ordusunun Xəzər dənizində keçirdiyi "Davamlı Təhlükəsizlik və Dəniz İqtidarı 96" manevri İran İslam Şurası Məclisinin sədri və İran ordusu Dəniz Qoşunları komandanının iştirakı ilə öz işini başa vurdu.
İRNA-nın məlumatına görə, bu gün cümə axşamı, manevrin sonuncu günündə İran İslam Şurası Məclisinin sədri Əli Laricani və İran ordusu Dəniz Qoşunları komandanı Həbibullah Səyyarinin habelə, digər ölkə və ordu rəsmilərinin iştirakı ilə Xəzər dənizi sularında Dəniz Qoşunlarının hərbi paradı keçirilib.
İran istehsalı olan Dəmavənd hərbi gəmisinin iştirakı "Davamlı Təhlükəsizlik və Dəniz İqtidarı 96" manevrinin mühüm cəhətlərindən olub.
Bu hərbi gəmi komandanlıq gəmisi olaraq Peykan raketatan gəmilərinin kənarında çox yaxşı əmələ malik olub.
Bu manevrdə İran istehsalı olan bir sıra elektron və optiq qurğulardan da istifadə edilib.
Davamlı Təhlükəsizlik və Dəniz İqtidarı 96 manevri "sülh və dostluq" müraciəti və İranın dəniz qoşunlarının hərbi hazırlığının nümayiş etdirilməsi məqsədi ilə keçirilib. İran Xəzər dənizində təhlükəsizliyin təmin edilməsində sahilyanı ölkələr ilə birgə əməkdaşlığa hazırlığını elan edərək, öz təcrübələrini digər ölkələr ilə paylaşmağa hazır olduğunu bildirib.
Bu manevr 80 min kilometrlik bir ərazidə və 5 gün müddətinə keçirilib.