İyul 07, 2017 14:38 Asia/Baku
  • Şimal və cənub dənizlərinə 52 gəmi qrupu ezam olunub

İran İslam Respublikası Ordusu Dəniz Qoşunlarının komandanı şimal və cənub dənizləri və beynəlxalq sularda təhlükəsizliyin təmin olunması üçün 52 gəmi qrupunun ezam olunduğunu bildirib.

İran ordusu Dəniz Qoşunları komandanı kontr-admiral Həbibullah Səyyari İRNA ilə müsahibədə Ali Baş Komandan, İslam İnqilabının Böyük Rəhbərinin dəniz qoşunlarının beynəlxalq sularda iştirakına dair fərmanına toxunaraq bildirib: Hal-hazırda İranın 47-ci gəmi qrupu cənub dənizlərində tapşırığını yerinə yetirir və 5 dostluq və sülh gəmi qrupu da Xəzər dənizi ölkələrinə ezam olunub.

İranın şimalında Davamlı Təhlükəsizlik və İqtidar Dəniz Təlimlərinin bağlanın mərasiminin kənarında deyib: İranın dəniz qoşunları beynəlxalq sularda, Hind okeanında, Ədən körfəzində, həmçinin Xəzər dənizində təhlükəsizliyi təmin etmək üçün böyük işlər görmüşdür.

İran ordusu Dəniz Qoşunları komandanı əlavə edib: Bu qüvvələr bölgəyə nəzarət etmək üçün indiyə qədər beynəlxalq sularda və cənubda ardıcıl beş dənizçilik rekordunu qeydə alıb. Bunun özünün analoqu yoxdur.

İran Ordusu Dəniz Qoşunlarının Şimal bölmələrinin bütün potensiallarından istifadənin olunması məqsədilə Davamlı Təhlükəsizlik və İqtidar Dəniz Təlimləri bazar günü Xəzər dənizində potensial və iqtidar sayəsində sülh və dostluq müraciəti ilə başlandı və cümə axşamı günü sona çatdı.

İran ordusunun strateji dəniz qoşunlarının Xəzər dənizində davamlı təhlükəsizliyin təmin olunması və Xəzəryanı ölkələrlə birgə əməkdaşlığa hazırlığı elan etmək üçün potensialların əks etdirilməsi bu beş günlük təlimlərin əsas məqsədləri olub.

Teqlər