İran Misirdəki terror aktını qınadı
İran Xarici İşlər Nazirliyinin sözçüsü cümə günü Misirdə törədilən terror aktını pisləyib, dünyanın müxtəlif bölgələrində İŞİD məğlubları tərəfindən kor terror aktlarının törədilməsi haqda xəbərdarlıq edib.
Bəhram Qasimi cümə günü bir neçə nəfərin həlak olması və yaralanması ilə nəticələnən Misirin Şimali Sina bölgəsində İŞİD-in terror aktını qınayıb, zərərçəkənlərin dərdinə şərik çıxıb və deyib: İraq və Suriyada terrorçuların ağır məğlubiyyətlər nəticəsində dağılması və qaçması region və dünya üçün ciddi təhlükədir. Belə ki, onlarla istənilən anlaşma və ya onlardan vasitə olaraq istifadə olunması dünyanın müxtəlif bölgələrində kor terrorizmin yeni dalğası ilə nəticələnəcək.
Terrorçuların Şimali Sinada Misir təhlükəsizlik qüvvələrinin yoxlama-keçid postuna hücumu nəticəsində azı 10 hərbçi həlak olub, 20 sivil də yaralanıb.