İyul 10, 2017 16:59 Asia/Baku
  • İran xarici işlər naziri Məhəmməd Cavad Zərif
    İran xarici işlər naziri Məhəmməd Cavad Zərif

İran xarici işlər naziri region qüdrətlərinin qanunilik və təhlükəsizliyi qazanmaq üçün xaricə baxdıqlarını bəyan edib: Regionda İran İslam Respublikasının qüdrəti İran xalqının istiqlaliyyətsevər ruhiyyəsindən qaynaqlanıb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü Tehranda İran və Elmi Diplomatiya Qarşısındakı elmi və texnoloji fürsətlər iclasında deyib: Qanunilik və təhlükəsizliyi qazanmaq üçün xaricə baxan regional qüdrətlər hal-hazırda xarici bir ölkənin himayə çətiri altındadır və yaxud regiondan kənar qüdrətlər tərəfindən belə bir dəstəyi umurlar. 

Zərif İran İslam Respublikasının ölkənin inkişafına baxışını daxili adlandırıb: İran öz inkişafı, qanuniliyi və təhlükəsizliyini öz xalqından alıb və öz qüdrətini daxili imkanlar və vasitələr hesabına artırmaq potensialına malikdir. 

İran xarici işlər naziri həmçinin hal-hazırda İran İslam Respublikasının elmi və beynəlxalq səhnəlrdəki iştirak imkanının mümkün olduğunu deyib: İranın ölkədən kənarda elmi sahədə fəaliyyəti dünyada yeni iqtidarın aktiv iştirakı ilə nəticələnir. 

Teqlər