İyul 18, 2017 08:58 Asia/Baku
  • Zərif: İranda quruluşu dəyişmək siyasəti cavab vermir
    Zərif: İranda quruluşu dəyişmək siyasəti cavab vermir

İran İslam Respublikasının xarici işlər naziri Amerika rəsmilərinin İranda hakimiyyətin dəyişdirilməsinin vacibliyinə dair beynəlxalq prinsiplərə və normalara zidd olan müdaxiləçi bəyanatlarına münasibət bildirərkən deyib: Özünüzü aldatmayın İran dövlətinin dəyişdirilməsi imkansızdır.

ABŞ rəsmiləri o sıradan Amerikanın müdafiə naziri Cems Mattis son günlər demişdi ki, İran ilə ABŞ arasında qarşılıqlı müsbət əlaqələrin yaranması üçün İran hakimiyyətinin dəyişilməsi lazımdır. 

Məhəmməd Cavad Zərif dünən gecə Amerikanın Xarici Əlaqələr Şurasının araşdırma mərkəzinin iclasında etdiyi çıxışında Vaşinqtonun keçmişdən ibrət almadığını xatırladıb və deyib: İranın islami quruluşu, öz gücü və suverinliyini İran xalqından aldığına görə, Amerikanın İranda hakimiyyəti dəyişmək planları daima məğlubiyyətə məhkumdur. 

İranın XİN rəhbəri Amerikanın İranda islam inqilabının qələbə çaldığı dövrdən İran dövlətini dəyişmək siyasətini öz gündəliyinə daxil etdiyini bildirərək deyib: İran xalqı son prezident seçkilərinə səs vermək üçün 10 saatdan çox sıralarda gözlədilər. 

Zərif deyib: Regionda İran kimi demokratiyaya malik olan başqa bir ölkə yoxdur. 

İranın xarici işlər naziri Amerikanın İranın sülhməramlı nüvə fəaliyyətlərinə qarşı sanksiyalarının effektsiz olduğunu deyib və bildirib: Amerika sanksiyalar barədə öz metodunu dəyişməlidir. 

Zərif deyib: ABŞ İran İslam Respublikasına qarşı nüvə sanksiyalarına başlayarkən İran sadəcə 200 sentrafuqaya malik idi, amma sanksiyalar başladıqdan sonra və müzakirə dövründə 20 min-ə çatdı. 

İranın xarici işlər naziri Yəmən böhranına da münasibət bildirib: " Yəməndə toqquşmaların davam etməsindən kimsə mənfəət götürmür" . 

Zərif region ölkələrinin biri-biri ilə düşmən olmalarına ehtiyacın olmadığını vurğulayaraq deyib: Yəmən məsələsinin həlli İran ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlıqlara zəmin yarada bilər. 

Teqlər