Zərif: Amerika nüvə sazişini pozur
İran İslam Respublikasının xarici işlər naziri nüvə sazişinin İran tərəfindən tamamiylə həyata keçirildiyini bildirərək deyib: ABŞ hələ də nüvə sazişini pozmaqdadır.
Məhəmməd Cavad Zərif Livanın Əl-Məyadin telekanalı ilə müsahibəsində Amerikanın raket sınaqları mövzusunda İran İslam Respublikasına qarşı ittihamlarına münasibət bildirərkən deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramına(ƏMTP) əsasən nüvə başlıqlarını daşımaq qabiliyyətinə malik olmayan raketlərin sınaqdan keçirilməsi qanunidir.
İİR XİN rəhbəri İranın heç bir nevə başlığına malik olmadığını xatırladaraq deyib: İran İslam Respublikası heçvaxt bu kimi raketlər layihələşdirmir.
Zərif İranın raket gücünün müdafiə xarakterli və yerli olduğunu bildirib və deyib: İran başqa ölkələr kimi silah almaq üçün 110 milyard dollar vəsayit xərcləmir.
Zərif həmçinin İranın Suriya və İraqa dəstəyi barədə deyib: Oz qonşularına hücum edən başqa ölkələrin əksinə olaraq İran İslam Respublikası İraq və Suriya dövlətlərinin rəsmi istəyi ilə bu ölkələrdə fəaliyyət göstərir və onlara hərbi məsləhətlər sahəsində yardım edir.