Zərif: Xarici müdaxilə xalqları azadlıqdan məhrum edib
İran İslam Respublikası xarici işlər naziri deyib: Xarici işğal, müharibə, toqquşma və Əcnəbi güclərin müdaxiləçi siyasətləri Orta şərq sakinlərini nəinki öz təbii sərvət və mənbələrindən hətta kəramət və azadlıq nemətindən də məhrum edib.
İRİB-in verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif dünən BMT-nin iqtisadi-ictimai şurasının davamlı inkişaf mövzusunda keçirilən iclasında yoxsulluğu hazırkı dövrün ən əsas problemi , bəşəriyyətə qarşı həqiqi təhdid və davamlı inkişaf qarşısında ciddi maneə adlandırıb və deyib: İranda islam inqilabının qələbəsinin ilk günlərindən ölkədə möhkəm hüquqi və qanuni çərçivə yaradıldı və bu milli inkişaf strategiyası, siyasətlərin tənzimlənməsi xüsusiylə yoxsulluğun aradan qaldırılması üçün möhkəm təməl yaratdı.
İİR XİN rəhbəri həmin siyasət və tədbirlər nəticəsində İranın müharibəyə və təzyiqlərə məruz qalmasına baxmayaraq bu müddətdə böyük nailiyyətlər əldə etdiyini xatırladıb.
Zərif İran İslam Respublikasının yoxsulluğun aradan qaldırılması və ətraf mühitin mühafizəsi istiqamətində digər ölkələrlə əməkdaşlığa hazır olduğunu bildirib.
Zərif BMT-nin davamlı inkişaf iclasında iştirak etmək üçün cümə günündən etibarən Nyu-Yorkda səfərdədir.