Zərif: ABŞ-ın İrana qarşı iddiaları yeni deyil
https://azeri.sahartv.ir/news/İran-i276930-zərif_abŞ_ın_İrana_qarşı_iddiaları_yeni_deyil
İranın xarici işlər naziri ABŞ-ın İrana qarşı iddialarının təkrar xarakterli olduğunu və gerçəkliyi əks etdirmədiyini deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 20, 2017 03:54 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri ABŞ-ın İrana qarşı iddialarının təkrar xarakterli olduğunu və gerçəkliyi əks etdirmədiyini deyib.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Nyu-Yorka olan səfərinin davamında Amerikanın BBS telekanalına verdiyi müsahibədə deyib: Təəssüflər olsun ki, Amerika bir müddətdir ki, İrana qarşı düşmən siyasətlərə malikdir və bu ölkədə iqtidara gələn yeni hakimiyyət də keçmişdəki düşmənçilik siyasətlərini davam etdirir. 

Zərif həmçinin deyib: ABŞ hökuməti regionda nələrə səbəb olduğuna baxmalıdır. 

Vaşinqtonun Yaxın Şərq ilə bağlı baxışlarına düzəliş etməli olduğunu deyən Zərif əlavə edib: ABŞ hökuməti bütün yanlış seçimləri edib və bu ölkənin müttəfiqləri bir-birilərini terrorizmi himayə etməkdə ittiham edirlər. 

İran İslam Respublikasının xarici işlər naziri ötən cümə günü BMT-nin davamlı inkişaf iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edib. Zərif bu iclasın kənarında BMT rəsmiləri ilə ikitərəfli görüşlər keçirməklə yanaşı, ABŞ-ın müxtəlif mediaları ilə eksklüziv müsahibələrə də malik olub.