Zərif: Amerika nüvə sazişinin icrası üçün siyasi iradəyə ehtiyaclıdır
İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın Əhatəli Müştərək Təşəbbüs Proqramına(ƏMTP) minimum sədaqətə malik olduğunu bildirərək deyib: Amerika ƏMTP üzrə öz öhdəliklərini yerinə yetirmək üçün siyasi iradəyə ehtiyaclıdır.
Birləşmiş Millətlər Təşkilatının davamlı inkişaf iclasında iştirak etmək üçün Nyu-Yorka səfər etmiş İİR XİN rəhbəri Məhəmməd Cavad Zərifin iyulun 20-də Nyu-York Tims-a verdiyi müsahibənin mətni bu gün dərc olunub.
Zərif bu müsahibədə deyib: ƏMTP neçə tərəfli razılaşmadır və İran ilə ABŞ arasında ikitərəfli razılaşma deyil.
Zərif deyib: Beynəlxalq ictimaiyyət belə hesab edir ki, ƏMTP uğurlu razılaşma olub və onun üçün nəzərdə tutulmuş məqsəd reallaşıb və Amerikanın yeni hökuməti özünün bu saziş qarşısındakı öhdəliklərinin icrası üçün lazımı təşəbbüsləri həyata keçirməyib.
İranın xarici işlər naziri həmçinin deyib: Bütün tərəflər ƏMTP-ni sədaqətlə icra etməyə səy göstərməlidirlər çünki hamının xeyiri bundadır.
İranın XİN başçısı Nyu-Yorka səfərində Amerika mediaları ilə müsahibələrinə ABŞ dövlətinin İrana qarşı iddialarının təkrar olduğu və həqiqəti əks etdirmədiyini bildirib və xatırladıb ki, Amerikanlar çoxdandır İrana qarşı düşmənçilik siyasəti həyata keçirir və bu ölkənin yeni hökuməti düşmənçilik siyasətini daha da gücləndirib.