Avq 05, 2017 17:00 Asia/Baku
  • Tehran-Seul iqtisadi razılaşması
    Tehran-Seul iqtisadi razılaşması

İran və Cənubi Koreya Təbriz neftayırma zavodu məhsullarının keyfiyyəti, texnologiyasının yüksəldilməsi və maliyyə təmini barədə əməkdaşlıq sənədi imzalayıblar.

IRIB-nin məlumatına görə, Təbrizin neftayırma şirkəti, Cənubi Koreyanın SKES mühəndislik və tikinti şirkətləri konsorsiumu İranın ODCC neft layiləşdirmə şirkəti arasında əməkdaşlıq sənədi bu gün Tehrandakı "Espians Plus" otelində imzalanıb.

Bu razılaşma kürə neftinin AVRO-5 standartına uyğun daha yüksək dəyərli məhsullara çevrilməsi hədəfilə iki ölkənin yüksək vəzifəli dövlət və parlament rəsmilərinin hüzurunda imzalanıb.

Bu 1 milyard 600 milyon avroluq layihənin büdcəsi Cənubi Koreya banklarının maliyyə mənbələrindən təmin olunacaq. Onun icrası iranlı-koreyalı konsorsium vasitəsilə konstruksiya və mühəndislik, təchizatlar və əmtəə mallarının alqısı və təmini, eləcə də quraşdırılması yolu ilə mümkün olacaqdır.

Teqlər