Nəcəfi: İsrailin hərbi nüvə fəaliyyətləri dünya ictimaiyyəti üçün nigaranlıq mənbəyidir
İran İslam Respublikasının Atom Enerjisi Beynəlxalq Agentliyindəki nümayəndəsi İsrailin hərbi nüvə fəaliyyətlərini dünya ictimaiyyəti üçün nigaranlıq mənbəyi adlandırıb və deyib: İsrail rejimi ABŞ başda olmaqla Qərbin aşkar himayəsi sayəsində öz hərbi nüvə fəaliyyətlərini genişləndirir.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Rza Nəcəfi cümə axşamı Vyanada, AEBA-nın 61-ci sesiyasında deyib: İsrailin nüvə fəaliyyətləri beynəlxalq qanunlara ziddir.
Bu iclasda AEBA-nın Yaxın Şərq ilə bağlı nüvə fəaliyyətlərinə nəzarət üzrə qətnaməsi təqdim və təsdiq edilib.
Bu qətnamə 123 lehinə səslə qəbul edilib. ABŞ və Kanada qətnaməyə bitərəf səs veriblər.İsrail isə qətnamə ilə müxalifət edən yeganə tərəf olub.
Qətnamədə İsraildən nüvə silahlarını qadağan edən NPT protokoluna qoşulması və öz nüvə təsissatlarını AEBA-nın təftişlərinə açıq elan etməsi istənilir.
Rza Nəcəfi həmçinin, bəzi Qərb dövlətlərinin İsrail ilə nüvə fəaliyyətlərinin tam şəkildə kəsilməsi və bu ölkəyə nüvə təchizatlarının verilməməsi məsələsində ikili rəftar etmələrini tənqid edib və deyib: İsrailin nüvə silahına malik olan bəzi ölkələrin nüvə mərkəzlərinə giriş icazəsinə malik olduğu bir halda, NPT protokoluna üzv ölkələrin nüvə alimləri və mütəxəssisləri İsrail tərəfindən tutulmuş muzdlu qatillər tərəfindən terror edilirlər.
İsrailin 300 nüvə başlığına malik olduğu deyilir.