Okt 26, 2017 14:11 Asia/Baku
  • Cahangiri: İran daim İraq xalqı və dövlətinin kənarında olacaq
    Cahangiri: İran daim İraq xalqı və dövlətinin kənarında olacaq

İran İslam Respublikası prezidentinin birinci müavini deyib: İran terrorizm ilə mübarizənin ilk anlarından İraq xalqı və dövlətinin kənarında olub və quruculuq dövründə də İraq xalqı və dövlətinin kənarında olacaq.

İshaq Cahangiri cümə axşamı Tehranda İran və İraqın  yüksək səviyyəli heyətlərinin birgə iclasında İraq dövləti və xalqını terrorizm ilə mübarizədəki qələbələrə görə təbrik edib və deyib: İraq rəsmilərinin tədbirli siyasəti, dini təqlid mərcəyinin müdrik rolu və iraqlı mübarizlərin igidlikləri nəticəsində bu gün İraq təkfirçi terrorçular üzərində tarixi qələbə ərəfəsindədir.

İran prezidentinin birinci müavini İraq Kürdüstanındakı qeyri qanuni və separatçı referendumu da "böyük fitnə" adlandırıb və deyib: Bu fitnə bütün region ölkələrinə sirayət edə bilərdi. Amma, İraqda başlanan bu fitnə çox müdrik bir davranışla zərərsizləşdirildi.

Cahangiri bütün kürdlərin İraq vətəndaşı olduqlarını və qanuni haqq və hüquqlarının təmin edilməli olduğunu vurğulayaraq, əlavə edib: İran separatçı referendum məsələsinin gündəmə gətirildiyi zamandan İraq xalqı və mərkəzi dövlətinin kənarında yer almaqla yanaşı, Türkiyə rəsmilərinə də İraqın mərkəzi hökumətini himayə etməli olduqlarını elan etdi.

Cahangiri Tehran-Bağdad əlaqələrinin siyasi, hərbi və təhlükəsizlik sahəsində çox yaxşı olduğunu xatırladaraq, deyib: İran - İraq əlaqələri son dərəcə yaxşıdır. Amma, iqtisadi əlaqələrə daha ciddi  yanaşmaq və daha güclü iradə nümayiş etdirmək lazımdır.

İraqın baş naziri  Heydər Əl-İbadi də regionun üzləşdiyi çeşidli problemlərə o cümlədən terrorizm böhranı və bəzi çəkişmələrə işarə edərək, deyib: Terrorçu qruplar ilə mübarizə əməkdaşlıq və ahəngdarlığa ehtiyaclıdır və bütün region ölkələri bu məsələdə bir-birinin kənarında yer almalıdırlar.

İraqın baş naziri daha sonra İraq Kürdüstanındakı qeyri-qanuni referenduma işarə edib və deyib: Separatçılar beynəlxalq himayə əldə edə bilmədilər və sadəcə İsrail reimi bu referendumu himayə etdi.

Heydər Əl-İbadi əlavə edib: İraq xalqının İŞİD ilə mübarizəsi İraqda birlik və həmrəyliyə şərait yaratdı.

İraqın baş naziri çərşənbə axşamı Türkiyəyə olan bir günlük səfərinin ardınca Tehrana səfər edib. Bu, İraq baş nazirinin son bir ildə İrana olan 2-ci səfəridir.

 

Teqlər