Noy 19, 2017 17:53 Asia/Baku
  • Zərif regionda stabilliyin yaradılmasını vurğulayıb
    Zərif regionda stabilliyin yaradılmasını vurğulayıb

İran İslam Respublikası xarici işlər naziri deyib: Bəzi region ölkələrinin müharibələr yaratmaq yerinə sülh və stabilliyə çalışmaları yaxşıdır.

Məhəmməd Cavad Zərif bazar günü Suriyada atəşkəsə zəmanət verən ölkələrin xarici işlər nazirlərinin Antalya şəhərində üçtərəfli iclasından sonra İRİB müxbirinə deyib: Bu iclas Suriyaya stabillik və dincliyin qayıtması və terrorizmlə mübarizə məqsədilə Qazaxıstan paytaxtı Astana prosesinin nailiyyətləri üçün faydalı nəticələrə səbəb olacaq. 

İran xarici işlər naziri region ölkələrinin yanlış siyasətlər yerinə əməkdaşlığa üz tutmağa dair nəticəyə varacaqları halda daha uğurlu nəticələrin əldə olunacağını bəyan edərək xatırladıb: Təəssüflər olsun ki, Ərəbistan kimi ölkələr təfriqə və ixtilaf yaratmaq ardıncadır və elə buna görə, ixtilafdan başqa nəticə görmürlər. 

Teqlər