Nəcəfi: Sionist rejimin nüvə proqramı dünyanın sülhü və təhlükəsizliyi üçün ciddi hədədir
https://azeri.sahartv.ir/news/İran-i287329-nəcəfi_sionist_rejimin_nüvə_proqramı_dünyanın_sülhü_və_təhlükəsizliyi_üçün_ciddi_hədədir
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi sionist rejimin hərbi nüvə fəaliyyətlərini region və dünya ictimaiyyəti üçün əsas nigaranlıq mənbəyi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2017 18:07 Asia/Baku
  • Rza Nəcəfi
    Rza Nəcəfi

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi sionist rejimin hərbi nüvə fəaliyyətlərini region və dünya ictimaiyyəti üçün əsas nigaranlıq mənbəyi adlandırıb.

İRİB-in məlumatına görə, İranın AEBA-dakı daimi nümayəndəsi Rza Nəcəfi Direktorlar Şurasının iclasında Qoşulmama Hərəkatı tərəfindən sionist rejimin nüvə silahları proqramını dəfələrlə pisləməsini xatırladaraq AEBA-nın bu məsələyə ciddi və dəqiq şəkildə yanaşmasını istəyib.

Nəcəfi əlavə edib: Sionist rejim ötən illərdə beynəxlalq ictimaiyyətin qanuni tələbini görməməzliyə vuraraq, bəzi ölkələrin kor-koranə dəstəyi ilə və beynəlxalq qanun-qaydaları tapdalayaraq hərbi nüvə proqramını irəlilətmişdir.