NATO ƏMTP-yə dəstək verib
https://azeri.sahartv.ir/news/İran-i288289-nato_Əmtp_yə_dəstək_verib
Şimali Atlantika Müqaviləsi Təşkilatının(NATO) baş katibi bu təşkilatın 5+1 ölkələri ilə İran İslam Respublikası arasındakı nüvə sazişini himayə etdiyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 05, 2017 08:56 Asia/Baku
  • NATO ƏMTP-yə dəstək verib
    NATO ƏMTP-yə dəstək verib

Şimali Atlantika Müqaviləsi Təşkilatının(NATO) baş katibi bu təşkilatın 5+1 ölkələri ilə İran İslam Respublikası arasındakı nüvə sazişini himayə etdiyini vurğulayıb.

Fars xəbər agentiyinin verdiyi məlumata görə, NATO-nun baş katibi Yens Stoltenberq  Əhatəli Müştərək Təşəbbüs Proqramının tam icrasına çağırıb.

Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Federika Moqerini də ƏMTP-nin beynəlxalq ictimaiyyətə aid olduğunu bildirərək vurğulamışdı ki, İranla nüvə razılaşması sadəcə bir ölkəyə deyil bütün beynəlxalq ictimaiyyətə aid olan effektli razılaşmadır.