İran və Hindistan məhsullarının birgə birja platformasının yaradılması vurğulanıb
İran və Hindistanın Ticarət Palatasının sədri iki ölkə məhsullarının birgə birja platformasının yaradılmasının vacibliyini qeyd edib.
İRNA-nın məlumatına görə, İran və Hindistan Ticarət Palatasının sədri İbrahim Cəmili deyib: İran və Hindistan məhsullarının birja əməkdaşlığı, istehsalçılar və satıcılar, eləcə də müştərilər üçün alış-veriş platformasının yaradılması çoxlu imkanlara malikdir və məhsulları vasitəçilikdən xilas edir.
Cəmili əlavə edib: İran və Hindstanın ticarət platformasının yaradılması iqtisadiyyat, ixracat və davamlı ixracatın artmasına müsbət təsirlər göstərəcək.
İranın məhsul birjası və Hindistanın milli məhsul birjası 2017-ci il sentyabr ayında birgə alış-veriş platformasının yaradılması üzrə anlaşma imzalayıb.
Bu anlaşmaya əsasən, qır ixracatı üçün birgə alış-verişlər həyata keçiriləcək və tədricən başqa məhsullara da şamil olacaq.