İran region ölkələri ilə təhlükəsizlik danışıqları aparmağa hazırdır
Yan 08, 2018 16:33 Asia/Baku
İran İslam Respublikası Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Tehranın stabillik və təhlükəsizliyin möhkəmləndirilməsi üçün region ölkələri ilə danışıqlıqlara hazır olduğunu deyib.
İran İslam Respublikası Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Seyid Kamal Xərrazi bu gün Tehranda keçirilən təhlükəsizlik konfransında deyib: Region və regiondan kənar dövlətlərin Suriya, İraq, Bəhreyn və Yəmən kimi region ölkələrinin daxili işlərinə müdaxilələri xoşagəlməz şərait yaradıb.
Xərrazi Asiyanın qərbi regionundakı böhranların danışıq yolu ilə həllinə təkid edərək deyib: İran İslam Respublikasının siyasəti, rəsmi ölkələr və siyasi sistemlərə dəstək vermək və ölkələrin parçalanmasına mane olmaqdan ibarətdir.