Hindistanda üç İran bankı açılacaq
Yan 12, 2018 20:02 Asia/Baku
Hindistanın mərkəzi bankı yaxın gələcəkdə bu ölkədə üç İran bankının açılacağından xəbər verib.
Hindistanın mərkəzi bankı bildirib ki, İranın Pasarqad, Parsian və Saman bankları Hindistanda şöbələrinin açılmasını istəyiblər.
Hindistan İran neftinin əsas idxalçılarından biri kimi İranın cənub-şərqində yerləşən Çabəhar limanının inkişaf etdirilməsi üçün beş yüz milyon dollarlıq investiya həyata keçirmək barədə üzərinə öhdəlik götürübdür ki, onun həyata keçirilməsi üçün bu ölkədə İran banklarının şöbələrinin açılmasına ehtiyac var.