Yan 14, 2018 11:44 Asia/Baku
  • Laricani: İran İslam Şurası Məclisi nüvə anlaşmasına dəyişikliyin edilməsini qəbul etmir
    Laricani: İran İslam Şurası Məclisi nüvə anlaşmasına dəyişikliyin edilməsini qəbul etmir

İran İslam Şurası Məclisinin sədri deyib: İran İslam Respublikası heç bir vəchlə nüvə anlaşmasına dəyişikliyin edilməsi ilə razılaşmayacaq.

İRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bazar günü parlamentin plenar iclasının əvvəlində ABŞ-ın İranın bəzi həqiqi və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etməsinə reaksiya olaraq deyib: ABŞ prezidentinin nüvə anlaşmasına dəyişikliyin edilməsi barədə səsləndirdiyi fikirlər bu beynəlxalq anlaşmanı tamamilə məhv etmək anlamındadır. 

Laricani əlavə edib: ABŞ-ın müxtəlif məsələlərlə bağlı anormal davranışlarının və bu ölkənin sanksiyalarının insanların hörmət qazanmasına səbəb olmasına baxmayaraq, bu ölkənin tamahkarlıqları diplomatik əlaqələrə mənfi təsir buraxır. 

ABŞ prezidenti Donald Tramp cümə günü raket proqramı və insan haqları məsələsini bəhanə edərək, İranın 14 həqiqi və hüquqi simasının adını sanksiyalar siyahısına daxil edib. 

ABŞ prezidenti həmçinin, ölkəsinin nüvə anlaşmasında qalması üçün 4 şərt irəli sürüb. Nüvə anlaşmasına bəzi dəyişikliyin edilməsi, İranın hərbi və qeyri-hərbi mərkəzlərində məhdud olmayan təftişlərin həyata keçirilməsi və İrana raket sanksiyalarının tətbiq edilməsi Trampın nəzərdə tutduğu şərtlərdir. 

Teqlər