Yan 19, 2018 21:26 Asia/Baku
  • İran və Almaniya xarici işlər nazirlərinin müavinləri nüvə anlaşması haqda məsləhətləşmə aparıb

İran və Almaniya xarici işlər nazirlərinin müavinləri Berlində nüvə anlaşması prosesi ilə əlaqədar son olayları araşdırıblar.

İRİB-in məlumatına görə, İran xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı və Almaniya xarici işlər nazirinin müavini Valter Lindner nüvə anlaşmasının qorunması və bütün tərəflərin öz öhdəliklərini yerinə yetirmələrini vurğulayıblar.

İraqçı və Lindner həmçinin ikitərəfli, regional və beynəlxalq əlaqələr sahəsində müxtəlif məsələlər haqda danışıqlar aparıblar.

Almaniya rəsmiləri ilə məsləhətləşmə üçün bir heyətin müşayiəti ilə bu ölkəyə səfər edən İran xarici işlər nazirinin müavini həmçinin Almaniyanın iqtisad və enerji nazirinin müavini Matias Maxinqlə görüşüb və iqtisadiyyat sahəsində ikitərəfli münasibətlərin son vəziyyətini araşdırıb.

Seyid Abbas İraqçı bu səfər çərçivəsində Koreber müəssisəsində İran İslam Respublikasının regional və beynəlxalq məsələlərdəki mövqeyini açıqlayıb.

Teqlər