Yan 22, 2018 11:20 Asia/Baku
  • İran ordusu Məhəmməd Rəsulullah (s.ə.s) hərbi təlimlərinə başlayıb
    İran ordusu Məhəmməd Rəsulullah (s.ə.s) hərbi təlimlərinə başlayıb

İran İslam Respublikası ordusu Məhəmməd Rəsulullah (s.ə.s) hərbi təlimləri bu gün İranın cənub sahillərində Fəlaxun raketatan gəminin göyərtəsində İslam Respublikası ordusu komandanının koordinasiya məsələləri üzrə müavini admiral Həbibullah Səyyari tərəfindən "Ya Rəsulullah" rəmzinin söylənməsi ilə başlanıb.

İRİB-in məlumatına görə, admiral Həbibullah Səyyari xatırladıb: Bu hərbi təlimlər İran İslam Respublikası ordusunun quru, dəniz, hava qüvvələri, Xatəmul-Ənbiya (s.ə.s) qərargahı qüvvələrinin iştirakı ilə Məkran sahilləri və Oman dənizində 3 min kvadratkilometr ərazidə keçirilir. 

İran İslam Respublikası ordusu komandanının koordinasiya məsələləri üzrə müavini bu hərbi təlimlərin bir hissəsinin beynəlxalq sularda icra olunacağına toxunaraq bildirib: Bu hərbi təlimlərin mesajı region ölkələri üçün sülh və dostluq müraciəti, suların və enerji nəqli xətlərinin təhlükəsizliyinin təmin olunması üçün İran İslam Respublikasının potensialının artırılmasıdır. 

Teqlər