Qasimi: İran Afrin olaylarını həssaslıqla izləyir
https://azeri.sahartv.ir/news/İran-i293117-qasimi_İran_afrin_olaylarını_həssaslıqla_izləyir
İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Suriyanın Afrin şəhərindəki son olaylara toxunub və deyib: İran İslam Respublikası Afrin şəhərindəki hazırkı olayları yaxından və nigaranlıqla izləyir, bu əməliyyatın tezliklə başa çatacağı və Türkiyə və Suriya sərhəd bölgələrində böhranın genişlənməsinin qarşısının alınacağına ümid edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2018 12:22 Asia/Baku
  • Qasimi: İran Afrin olaylarını həssaslıqla izləyir
    Qasimi: İran Afrin olaylarını həssaslıqla izləyir

İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Suriyanın Afrin şəhərindəki son olaylara toxunub və deyib: İran İslam Respublikası Afrin şəhərindəki hazırkı olayları yaxından və nigaranlıqla izləyir, bu əməliyyatın tezliklə başa çatacağı və Türkiyə və Suriya sərhəd bölgələrində böhranın genişlənməsinin qarşısının alınacağına ümid edir.

İran XİN mətbuat katibi Bəhram Qasimi bildirib: Afrində böhranın davam etməsi Suriyanın şimial bölgələrində təkfirçi-terror qrupların ciddi şəkildə güclənməsinə və bu ölkədə müharibə odunun yenidən alovlanmasına gətirib çıxara bilər.

İran XİN sözçüsü əlavə edib: Suriyada dəhşətli və faciəvi böhranın kökü regiondan kənar qüdrətlər, o cümlədən ABŞ hökuməti və regionun bəzi avantürist ölkələri, habelə sionist rejimin ekspansionist, təhrikedici, qeyri-qanuni müdaxilələrindən qaynaqlanır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Fransa xarici işlər nazirinin Tehrana növbəti səfərində bir çox siyasi məsələlər, o cümlədən beynəlxalq, regional və ikitərəfli məsələlər haqda fikir mübadiləsi aparılacaq.

İRİB-in məlumatına görə, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi bu gün yerli və xarici jurnalistlərlə keçirdiyi mətbuat konfransında Fransa xarici işlər nazirinin İranın regional nüfuzu, Livan Hizbullahı və Yəmən Ənsarullahına dəstəyi haqda Tehran rəsmiləri ilə danışıqlara dair iddiaları haqda deyib: Fransa xarici işlər nazirinin İrana səfəri gündəmdədir. Lakin müzakirələrin mehvəri qəti şəkildə bəlli deyil.

Qasimi həmçinin Fransa xarici işlər nazirinin raket məsələləri haqda İranla öncədən də müzakirələrin olmasına dair açıqlamasını rədd edib və deyib: İran İslam Respublikası raket və müdafiə qüdrəti haqda heç bir ölkə ilə müzakirə aparmayıb və aparmayacaq.

Qasimi İran xarici işlər nazirinin Financial Timez jurnalına yazdığı məqalə və region ölkələrinin regional dialoqa dəvət etməsi haqda da deyib: Bütün regiona müəyyən bir lkə deyil və regionun təhlükəsizliyi və stabilliyi bütün ölkələrin kollektiv səyi ilə əldə olunur.

İran XİN sözçüsü bəzi mediaların ABŞ-ın Avropa ilə İran əleyhinə əlavə sanksiyalar tətbiq etmək üzrə məsləhətləşmələr aparmaları haqda yaydıqları xəbərlərə münasibət bildirib və deyib: Bu məsələ media məsələsi deyil və İranın Avropa ölkələri ilə münasibətləri inkişaf etməkdədir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Neçirvan Barzaninin Tehrana səfərini də müsbət qiymətləndirib və deyib: Onun Tehrana səfəri və İran İslam Respublikasının yüksək səviyyəli rəsmiləri ilə görüşü ikitərəfli münasibətlər səviyyəsinin yüksək olduğunu göstərir.

Qasimi Səudiyyə Ərəbistanı xarici işlər nazirinin əsasən də Yəmən haqda İran əleyhinə iddiaları və təkrar ittihamları haqda deyib: Adil əl-Cübeyrə belə söhbətləri etmək icazəsi verilməzsə, artıq onun mahiyyətindən heç nə qalmayacaq.

İran XİN sözçüsü bildirib: Ali-Səud rəsmilərinin İran əleyhinə əlaqədar olmayan və düşünülməmiş açıqlamaları təkrarlamalarına rəğmən, Səudiyyə Ərəbistanı daxili böhranlar və problemlərə qərq olub.