Yan 26, 2018 17:40 Asia/Baku
  • Zərif: İran ötən 300 ildə heç bir ölkəyə hücum etməyib
    Zərif: İran ötən 300 ildə heç bir ölkəyə hücum etməyib

İran İslam Respublikasının xarici işlər naziri deyib ki, heç kəs regiona yiyələnə bilməz. O, bildirib ki, region ölkələri bir-birilərilə həmkarlıq etməlidirlər.

Məhəmməd Cavad Zərif Tehranda tanınmış alman jurnalist Yurgen Todenhöfer ilə görüşdə belə qeyd edib: İran İslam Respublikası inanır ki, regional problem və böhranlar yalnız hərtərəfli baxış əsasında dialoq yolu ilə həll oluna bilər.

Zərif region ölkələri arasında etimadın yaradılmasının önəmini vurğulayaraq, əlavə edib: Etimadın yaradılmasını region ölkələri arasında turizm, hərbi görüşlər və təcavüzkarlıq etməmək barədə müahidənin imzalanması yolu ilə həyata keçirmək olar.

İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, İran ötən 300 ildə heç bir ölkəyə hücum etməyib. O, qeyd edib ki, İran İslam Respublikası Ərəbistan daxil olmaqla bütün region ölkələrilə təcavüzkarlıq etməmək barədə müahidə imzalamağa hazırdır.

Zərif həmçinin Amerikanın və onun müttəfiqlərinin İran İslam Respublikasının raket müdafiə proqramı bəhanəsilə İrana qarşı yeni sanksiyalar tətbiq etmək üzrə səylərinə toxunaraq, deyib ki, İran digər region ölkələrilə müqayisədə silahlanma üçün minimum büdcə ayırıbdır.

İran İslam Respublikasının xarici işlər naziri qeyd edib ki, Ərəbistanın, Çinin və digər region ölkələrinin ixtiyarlarında İran raketləri ilə müqayisədə daha böyük mənzillərə və hətta nüvə başlıqlarını daşımaq qabiliyyətinə malik raketlər mövcuddur, zira İran İslam Respublikasının kütləvi qırğın silahlarına etiqadı yoxdur.

Teqlər