Koalisiyanın 2 gəmisinə xəbərdarlıq şücaətli addım idi
https://azeri.sahartv.ir/news/İran-i293839-koalisiyanın_2_gəmisinə_xəbərdarlıq_şücaətli_addım_idi
İran İslam Respublikası ordusu baş komandanının müşaviri ordunun Məhəmməd Rəsulullah (s.ə.s) hərbi təlimlərinin ilk günündə koalisiyanın iki gəmisinə xəbərdarlığını iqtidara görə şücaətli addım adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2018 11:08 Asia/Baku
  • Koalisiyanın 2 gəmisinə xəbərdarlıq şücaətli addım idi
    Koalisiyanın 2 gəmisinə xəbərdarlıq şücaətli addım idi

İran İslam Respublikası ordusu baş komandanının müşaviri ordunun Məhəmməd Rəsulullah (s.ə.s) hərbi təlimlərinin ilk günündə koalisiyanın iki gəmisinə xəbərdarlığını iqtidara görə şücaətli addım adlandırıb.

General-leytenant Məhəmməd Həsən Nami deyib: Belə səviyyədə və miqyasda hərbi təlimlər keçirilməzdən öncə başqa ölkələrin gəmilərinin manevrin keçirildiyi əraziyə daxil olmaq haqqı yoxdur. Buna görə, İran İslam Respublikası ordusunun hərbi təlimlərin ilk günündə koalisiya qüvvələrinin 2 gəmisinə xəbərdarlığı şücaətli addım idi.

İran ordusunun Məhəmməd Rəsulullah (s.ə.s) hərbi təlimləri ötən bazar ertəsi günü İranın cənub, cənub-şərqində başlandı və çərşənbə günü 24 yanvarda dəniz paradı ilə sona çatdı. Bu hərbi təlimlərdə İran İslam Respublikası ordusunun dəniz, quru və hərbi hava qoşunları iştirak edirdi.