Trampın və davamçılarının faktları yalnız onunla əlbir olanları qane edir
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə ABŞ-ın İrana qarşı yeni təbliğat tamaşasına reaksiyada twitter-də yazıb: Saxta xəbərlərin istehsalının idarə edilməsində Tramp və onun davamçıları savaş aparan bir qonşu tərəfindən hazırlanmış saxta faktlar təqdim etmək və tamahlandırmaq yolu ilə Təhlükəsizlik Şurasında İranofobiya ifadəsi yaratmağa çalışırlar, amma bu, yalnız məhz həmin aciz qonşunu və hərbi cinayətlər törətməkdə onunla əlbir olanları qane edir.
ABŞ prezidenti Donald Tramp dünən BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin nümayəndələrilə nahar ziyafətində İranı regionda səbatsızlaşdırıcı fəaliyyətlərdə ittiham və iddia edib ki, İran Yəmənə silah göndərir.
Bu nahar ziyafətini Amerikanın BMT-dəki daimi nümayəndəsi Niki Heyli təşkil etmişdi.
Heyli bu ziyafətdən öncə BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin nümayəndələrinin qarşısında İran raketlərinin qalığı olduğunu iddia etdiyi dəmir parçalarını göstərərək, İrana qarşı yeni təbliğat şousu təşkil etmişdi.
Tramp və Heyli bundan öncə də dəfələrlə Vaşinqtonun Yəmənin məzlum xalqının başına bomba yağdırması üçün Ərriyadı silahlandırmasına toxunmadan İranı Ərəbistana raket hücumu etmək üçün Yəmənin Ənsarullah hərəkatını təchiz etməkdə ittiham etmişdilər.
Belə bir halda, BMT sözçüsünün müavini Fərhan Həqq ötən milad ili dekabrın 14-də, BMT baş katibinin müavini Cefri Feltman da dekabrın 19-da Vaşinqton və Ərriyadın bu iddiasını rədd etmişdilər.